Nizami rayonunda motosikleti maneəyə çırpan sürücü yaralanıb

Bakının Nizami rayonunda 29 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.

1993-cü il təvəllüdlü Ağabalayev Coşqun Fəxrəddin oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47