Nəsimidə yolu keçən piyadanı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Avtomobil Bülbül prospektində yolu keçən 1984-cü il təvəllüdlü Əliyev Seymur Akif oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər