Bakıda 32 yaşlı qadın dəm qazından zəhərlənib

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, Nəsimi rayonunda qeydə alınıb.

Yaşadığı evdə dəm qazından zəhərlənən 1989-cu il təvəllüdlü Borcəliyeva Nurlana Nizami qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər