Nəsimi rayonunda “Tofaş” markalı avtomobil oğurlanıb

Bakının Nəsimi rayonunda minik avtomobili oğurlanıb.

"Report"un məlumatına görə, 1996-cı il təvəllüdlü Əfəndiyev Bahadur Davud oğluna məxsus 90-NJ-386 dövlət qeydiyyat nömrə nişanlı "Tofaş" markalı avtomobil Balababa Məcidov küçəsi 66 ünvanında oğurlanıb.

Zərərçəkən hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinə və “102 Qaynar xətt” mərkəzinə məlumat verib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37