Nəsimi rayonunda evdən pul və qızıl oğurlayan şəxs tutulub

Bakı. 20 aprel. REPORT.AZ/ Bakıda evdən pul və qızıl oğurlayan şəxs tutulub. 

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də rayon ərazisindəki evlərin birindən 1800 manat və 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Etibar Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47