Nəsimi rayonunda 20 yaşlı gənc yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Qasımov Faiq Nizami oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə zamanı motosikletin sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38