Nərimanovda 58 yaşlı qadın yol qəzasında ağır yaralanıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1963-cü il təvəllüdlü Əliyeva Əfruz Nəbi qızı ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ bud sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47