Nərimanovda 41 yaşlı qadın yol qəzasında yaralandı

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan 1979-cu il təvəllüdlü Hacıyeva Aynurə Yusif qızı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər