Nərimanov rayonunda yanğın baş verib

BAKI. 25 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 76 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41