Bakıda mənzildə kişi meyiti aşkarlanıb

Bakı. 1 Mart. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Report"un FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən kişi cəsədi aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41