Neftçilər prospektində avtomobil piyadanı vuraraq öldürüb

Bakı. 27 iyun. REPORT.AZ/ İyunun 25-də saat 18 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Emil Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Sevda Salamovanı vurub.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14