Neftçalada 56 yaşlı kişi intihar edib

Neftçala. 18 avqust. REPORT.AZ/ Neftaçala rayonunda 56 yaşlı kişi intihar edib.

"Report"un məlumatına görə, hadisə rayonun Kürkənd kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü, Mütəllim Əhmədağa oğlu Cahangirov yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45