Neftçalada ötən gün dənizdə batan 3-cü şəxsin meyiti tapılıb

Neftçalada ötən gün dənizdə batan 3-cü şəxsin meyiti tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, ötən gecə Neftçala şəhər sakini, 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlunun meyiti dəniz sahilihdə aşkarlanıb. Meyit götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, ötən gün rayonun Şirvanlı kəndi ərazisində Neftçala şhər sakinləri, 1977-ci il təvəllüdlü Bədəlov Məmməd Əvəz oğlu və onun oğlu, 2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğlu dənizdə çimərkən boğulmuşdu. Şükür Mənəfov oları xilas etmək istəyən zaman o, da dənizdə boğularaq batmışdı.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13