Neftçalada narkokuryerlikdə təqsirləndirilən şəxs həbs edilib

Neftçala rayonunda narkokuryerlikdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Cəbrayılov saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Bildirilib ki, ondan 9 kiloqramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı E.Cəbrayılov pul müqabilində narkokuryerlik etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, E.Cəbrayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti