Neftçala rayonunda piyadanı maşın vuraraq öldürüb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında baş verib.
Belə ki, rayonun Həsənabad kənd sakini, 1992-ci il Babayev Novruz Çingiz oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. N.Babayevin FHN-in əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 07:21
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı "təcili yardım" avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən şəxs isə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.
Ölən və yaralanan şəxsin kimlikləri müəyyənləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.