Neftçalada fərdi yaşayış evində yanğın olub

Bakı. 12 mart. REPORT.AZ/ Neftçalanın Qaramanlı kəndində fərdi yaşayış evində yanğın olub. "Report" Föqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, birmərtəbəli 2 otaqlı evin 1 otağı yanıb. 

Evin ümumi sahəsi 42 kv.m olub və 32 kv.m sahənin yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğın söndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğının digər evlərə keçməsinin qarşısı alınıb.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48