Neftçalada dənizdən naməlum kişi meyiti tapılıb

Bakı. 22 fevral. REPORT.AZ/ Xəzər dənizində kişi meyiti tapılıb. "Report" xəbər verir ki, ötən gün axşam saatlarında Xəzər dənizinin Neftçala həssəsindən şəxsiyyəti hələlik məlum olmayan, təxminən 50 yaşlı kişi meyiti çıxarılıb.

Meyit daxili və xarici müayinə olunmaq üçün ekspertizaya göndərilib. Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41