Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyatı keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşlarına Kür çayının rayonun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Dərhal ərazi əməliyyat nəzarətinə götürülüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində çayın sahilində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan həmin kənd sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov saxlanılıb. Əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 327 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Polis əməkdaşları tərəfindən kənd ərazisində keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan V.Məmmədovun əmisi oğlu, əvvəllər üç dəfə məhkum olunmuş Səttar Məmmədov da saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə həyətyanı sahədən 73 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.
Saxlanılan qohumlar izahatlarında narkotiklərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.
Aşkar olunan faktlarla bağlı Neftçala RPŞ-də cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Neftçalada çətənə bitkiləri becərən qohumlar saxlanılıblar
Digər xəbərlər
Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
13 noyabr, 2026 / 10:01
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
13 noyabr, 2026 / 09:39
Nəvəsinin andiçmə mərasiminə gedərkən itən kişinin meyiti tapılıb
12 noyabr, 2026 / 21:46
Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 noyabr, 2026 / 16:39
Azərbaycan-Türkiyə-Gürcüstan MMU-ları rektorlarının üçtərəfli görüşü keçirilib
12 noyabr, 2026 / 16:06
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirib
12 noyabr, 2026 / 14:29
DİN və ETSN birgə əməliyyat keçirib, 150 illik ağacları kəsənlər tutulub
12 noyabr, 2026 / 12:28
Atasının ölümünə səbəb olan sürücüyə şərti cəza verilib
12 noyabr, 2026 / 12:24
Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb - Yenilənib
12 noyabr, 2026 / 12:00
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq olub
12 noyabr, 2026 / 11:21
Binədə ötən gün yanıq xəsarəti alan kişi xəstəxanada ölüb
12 noyabr, 2026 / 11:16
Şəmkirdə yol qəzası nəticəsində iki nəfər ölüb, xəsarət alan var
12 noyabr, 2026 / 01:18
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
11 noyabr, 2026 / 23:42
Qırmızı Bazarda mina hadisəsində xəsarət alan şəxsin son durumu açıqlanıb - Yenilənib
11 noyabr, 2026 / 17:01
Astarada mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - Əlavə olunub
11 noyabr, 2026 / 14:50
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
11 noyabr, 2026 / 14:09
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
11 noyabr, 2026 / 11:50
Bakıda avtomobil körpüdən aşıb
11 noyabr, 2026 / 11:05
Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub
11 noyabr, 2026 / 10:47
Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb
11 noyabr, 2026 / 10:45