Neftçalada bərbərxana yanıb

Bakı. 10 aprel. REPORT.AZ/ Neftçalada yanğın hadisəsi baş verib.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, yanğın rayonun Beştalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan bərbərxanada baş verib.

Nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. 

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37