Neftçalada avtomobil piyadanı vuraraq öldürüb

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun II Qaralı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Əsgərov İlkin İlqar oğlu axşam saatlarında evə gedərkən onu avtomobil vurub.

Qəza nəticəsində piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər