Bakı. 26 iyul. REPORT.AZ/ Neftçala və Agdaş rayonlarında yanğın hadisələri baş verib.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Neftçala rayonunun Xoltəzəkənd kəndində 8 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər sahələr yanğından mühafizə olunub.
Agdaş rayonunun Tofiqi kəndində isə həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının bir hissəsi yanıb.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.