Naxçıvanda yol qəzası olub, yaralı Bakıya gətirilib

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Ağasoy Sayına Nəcəfalı qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Şərur rayon xəstəxanasına, daha sonra isə Bakıda yerləşən tibb müəssisələrinin birinə gətirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər