Naxçıvanda iki avtomobil toqquşub, xəsarət alanlar var

Naxçıvanda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Nehrəm yolunda baş verib.

"Mercedes" markalı avtomobillə "QAZel" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində Babək rayonu Məzrə kənd sakini, 1976-cı il təvəllüdlü Abbasov Fərhad Gülməmməd oğlu, Gülşənabad kənd sakini, 1979-cu il təvəllüdlü Zeynalov Şükür Abbas oğlu və Nehrəm qəsəbə sakini, 1980-ci il təvəllüdlü Həsənov Mənsur Hüseyn oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47