Naxçıvanda fiziki qüsurlu yeniyetmə əlil arabasından yıxılaraq ölüb

Naxçıvanda fiziki qüsurlu 10 yaşlı oğlan təkərli oturacaqdan (əlil arabasından) yıxılaraq ölüb.

"Report" xəbər verir ki, Babək rayonu Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində təkərli oturacaqdan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

Yeniyetmə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14