Naxçıvanda avtomobilin vurduğu velosipedçi ölüb

Naxçıvanda avtomobilin vurduğu velosipedçi ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, iyunun 24-də avtomobil Naxçıvan şəhərində yolda hərəkətdə olan Şərur rayonu Xanlıqlar kənd sakini, 1961-ci il təvəllüdlü Niftəliyev Fəxrəddin Yaqub oğlunu vurub.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən velosipedçi bu gün həmin tibb müəssisəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26