Naxçıvanda ağır yol qəzası olub, ölən var - YENİLƏNİB

Naxçıvanda baş verən avtoqəza zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 1988-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Süleymanov Azər Abbas oğlu xəstəxanaya gətirilərkən yolda vəfat edib.

1988-ci il təvəllüdlü Tarverdiyeva Münəvvər Məhərrəm qızı, 2013-cü il təvəllüdlü Süleymanov Abbas Azər oğlu və 2023-cü il təvəllüdlü Süleymanova Alisa Azər qızı müxtəlif bədən xəsarətləri alıblar.

Ana və qızının vəziyyəti orta-ağır, oğlanın isə vəziyyəti ağırdır.

19:04

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

"Report"un yerli bürosu xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.

İlkin məlumata görə, xəsarət alan ana və iki övladı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, ata isə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47