Naxçıvan sakini avtomobil qəzasında ölüb

Bakı. 24 iyul. REPORT.AZ/ Naxçıvan sakini avtomobil qəzasında ölüb.

“Report” DİN-ə istinadən xəbər verir ki, iyulun 22-də saat 17 radələrində Babək rayonunun Sirab kəndi ərazisində kənd sakini Çərkəz Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə və qaz borusuna vurub. Nəticədə, xəstəxanaya yerləşdirilən digər sərnişin Qurban Alışov orada ölüb.

Faktla bağlı Babək Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47