Nardaranda silah-sursat tapılıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Nardaran qəsəbəsi ərazisində silah-sursat aşkar olunaraq götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində selofan torbada 1 ədəd kustar üsulla hazırlanmış tapança, alışqanı olmayan “F-1” markalı əl qumbarası, içərisində 30 ədəd avtomat patronu olan daraq və beşbarmaq aşkar olunaraq götürülüb.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26