Nardaranda silah-sursat tapılıb

Bakı. 6 fevral. REPORT.AZ/ Nardaran qəsəbəsində silah-sursat tapılıb.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi bağlar yaşayış sahəsində sellofan torbada 1 yivli təklüləli tüfəng, nömrəsi silinmiş “Naqan” tipli tapança, alışqanı ilə birgə 1 ədəd “F-1” qumbarası və 39 ədəd avtomat patronu tapılıb.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05