​Nardaranda gümüş “Qurani-Kərim” kitabı oğurlanıb

Bakı. 5 aprel. REPORT.AZ/ Nardaran qəsəbəsində oğurluq hadisəsi baş verib. “Report”un xəbərinə görə, qəsəbə sakini, 67 yaşlı Əminə Bağırovanın evindən qızıl-zınət əşyaları və gümüş “Qurani-Kərim” kitabı oğurlanıb.

Oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş, 29 yaşlı Famil Mehrəliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27