Nardaran sakinindən silah-sursat götürülüb

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan şəxsin evindən silah-sursat aşkarlanıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Saleh Dadaşovun evinə baxış zamanı "Mauzer" markalı tapança və 12 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45