Nardaran sakinindən ov tüfəngi götürülüb

Nardaran qəsəbə sakinindən sənədləri olmayan ov tüfəngi aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan E.Əliyevin həyətindəki qarajdan müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41