Nardaran sakinindən heroin götürüldü

Nardaran sakinində narkotik aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nardaran qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1973-cü il təvəllüdlü R.Qafarov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 158 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54