Nardaran hadisələrinə görə həbs olunan iki məhkum azadlığa buraxılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsindən Nardaran hadisələrinə görə həbs olunan iki məhkum azadlığa buraxılıb.

"Report"un əməkdaşı xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12,3 il müddətinə azadlıqdan məhrum edilmiş 1955-ci il təvəllüdlü Hüseynov Əli Ümmət oğlu və 1982-ci il təvəllüdlü Əliyev Ramil Zabil oğluna arayışlar təqdim olunub və onlar azadlğa çıxıb.

Onlar 2015-ci ilin noyabr ayında həbs olunmuşdular.

Qeyd edək ki, 1 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər məhkum azadlığa çıxıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47