Naftalan. 9 iyun. REPORT.AZ/ Naftalan şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, 2013-cü il təvəllüdlü İsmayılzadə Solmaz Tural qızını avtomobil vurub.
Uşaq yerləşdirildiyi xəstəxanada əməliyyat edilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.