Naftalanda 2 avtomobil toqquşub, yaralananlar var

Naftalan. 7 aprel. REPORT.AZ/ Naftalan şəhərinin Qaşaltı kəndində avtoqəza nəticəsində 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hər üç yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralıların kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31