Naftalanda təmir işləri aparan şəxs bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 17 avqust. REPORT.AZ/ Naftalan şəhərində təmir işləri aparan şəxs bədbəxt hadisə nəticəsində ölüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Avqustun 16-da Goranboy rayon sakini Cümşüd Tağıyev Naftalan şəhərindəki evlərdən birində təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilən C.Tağıyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47