​Müsavat Partiyası başqan müavininin avtomobilindən oğurluq edilib - FOTO

Bakı. 10 fevral. REPORT.AZ/ Müsavat Partiyası başqanının müavini Elman Fəttahın avtomobilindən oğurluq edilib.

"Report"un məlumatına görə, o, bu barədə özünün facebook sosial şəbəkəsindəki hesabında yazıb.

E.Fəttah bildirib ki, hadisə zamanı avtomobilindən bir neçə qutu siqaret, ətir və 150 avro pul götürülüb.

O, oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyini qeyd edib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47