Müdafiə Sənayesi Nazirliyinin poliqonunda minaatan partlayıb, yaralanan var

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz Zavodu” MMC-nin poliqonunda 60 mm-lik minaatan partlayıb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

"Partlayış zamanı bir nəfər - Almazov Razi əlindən və bud nayihəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər", - məlumatda qeyd edilib.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39