Moskvada “Liner” yaşayış kompleksində partlayış olub

Moskvada yaşayış kompleksində partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətindən məlumat verilib.

İlkin məlumatlara görə, partlayış "Layner" yaşayış kompleksində qeydə alınıb.

Partlayış binanın sonuncu, 15-ci mərtəbəsində olub. Ölən və yaralananlar olmayıb.

Hadisənin soyuducu təmiri zamanı baş verdiyi bildirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47