Moskvada Azərbaycan vətəndaşı bıçaqlanıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Moskvada Azərbaycan vətəndaşı bıçaqlanıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Hadisə ötən gün günorta saatlarında İvan Susanin küçəsində qeydə alınıb. 34 yaşlı azərbaycanlı sinəsindən və sol bud nahiyəsindən azı 5 bıçaq zərbəsi alıb. Yaralı əməliyyat olunub.

Zərərçəkmiş hadisəni törədənlər barədə məlumat verə bilməyib.

Digər xəbərlər

Kürdə bir nəfər batıb 12 avqust, 2026 / 19:20