Moskva vilayətində adam öldürməyə cəhddə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 4 may. REPORT.AZ/ Rusiyada Moskva vilayətində Bryans şəhərinin sakinini öldürməyə cəhddə şübhəli bilinən 26 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Bryansk sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya çatdırılıb.

Məlumata görə, hücumu törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Dmitrovda yaşayır. Ona qarşı qətimkan tədbirinin seçilməsi gözlənilir.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39