Bakı. 10 sentyabr. REPORT.AZ/ "Zövq MTB" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsini məhkəməyə verib.
"Report" xəbər verir ki, MMC idarənin qəbul etdiyi aktın və qərarın ləğv edilməsini tələb edir.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.