Mingəçevirdə yeniyetməni maşın vurub

Mingəçevir. 20 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində yeniyetmə piyadanı maşın vurub.

”Report”un Şirvan bürosu xəbər verir ki, yolu keçmək istəyən şəhər sakini, 2004-cü il təvəllüdlü Kənan Fariz oğlu Hacıyevi “Mercedes” markalı avtomobil vuraraq xəsarət yetirib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41