Mingəçevirdə yaşlı qadını maşın vurub

Mingəçevir. 25 may. REPORT.AZ/ Mingəçevir şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report”un Şirvan bürosu xəbər verir ki, 1952-ci il təvəllüdlü şəhər sakini Məmmədova Tamella Nəsib qızı Şəfa bağ massivində yolu keçən zaman “VAZ-2107” markalı maşın tərəfindən vurulub.

Qəza piyadanın ehtiyatsızlığı səbəbindən baş verib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48