Mingəçevirdə yaşlı qadın 4-cü mərtəbədən yerə yıxılıb

Mingəçevir. 27 oktyabr. REPORT.AZ/ Mingəçevirdə bədbəxt hadisə baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, Heydər Əliyev prospekti, 68/1 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Aslanova Xanım Musa qızı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb.

Ağır kəllə-beyin travması alan qadın xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər