Mingəçevirdə yaşlı kişini maşın vuraraq öldürüb

Bakı. 2 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, Sənaye parkı yaxınlığında qeydə alınıb.

"Lifan" markalı minik maşınının vurduğu təqribən 55-60 yaşlı kişipiyada dünyasını dəyişib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər