Mingəçevirdə usta laqonda ilə ayağını kəsib

Mingəçevir. 6 may. REPORT.AZ/ Mingəçevir şəhərində ustanın ehtiyatsız davranışı bədbəxt hadisəyə səbəb olub.

"Report”un Şirvan bürosu xəbər verir ki, 1981-ci il təvəllüdlü Aleksey Leonidoviç Babavşin şəhərin İncilli yaşayış massivində laqonda ilə işləyən zaman ehtiyatsızlıqdan bud nahiyəsini kəsərək, özünə ağır xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Digər xəbərlər

Zirədə söhbətgah yanıb 09 fevral, 2026 / 08:48