Mingəçevirdə suda üzən yeniyetmənin üstündən kater keçib

Mingəçevir su anbarında yeniyetmə bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, su anbarında çimən şəhər sakini, 2008-ci il təvəllüdlü Nəsib Vüsal oğlu Kazımlının üzərindən kater keçib. Bu zaman qayığın pəri yeniyetməyə xəsarət yetirib.

O, ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02