Mingəçevirdə şirkətdən oğurluq edildi

Mingəçevirdə şirkətdə oğurluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-dən 26-dək olan müddətdə şəhərdə yerləşən “Azərkabel” ASC-nin ərazisindən 2 400 kiloqram mis naqil oğurlamaqda şübhəli bilinən şəhər sakini O.Əhmədbəyli saxlanılıb.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26